...

Hökumət Evinin arxasında kişi özünü asdı - versiya 3 (video)

Hadisə Materials 27 İyul 2007 11:11 (UTC +04:00)
Hökumət Evinin arxasında kişi özünü asdı - versiya 3 (video)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynli/ Bu gün səhər Bakıda Hökumət Evinin arxa hissəsində 30-35 yaşında kişi özünü ağacdan asıb. Özünəqəsd barədə məlumat bu gün səhər saat 10:05-də Səbail rayonunun Polis İdarəsinə daxil olub. Bu barədə hadisə yerində olan Səbail rayonu prokurorunun müavini Elçin Sultanov məlumat verib. Onun sözlərinə görə, hazırda mərhumun kimliyinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparılır. Sultanov qeyd edib ki, ekspertizanın ilkin rəyinə əsasən, mərhumun bədənində zorakılıq əlamətləri aşkar olunmayıb. Həmçinin üstündə məktub, yaxud da şəxsiyyətini təsdiq edən sənəd aşkar edilməyib.

Xəbər lenti

Xəbər lenti