...

Azərbaycanda hökumət evinin yanında intihar olub – versiya 2

Hadisə Materials 27 İyul 2007 11:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan prospektinin yaxınlığında intiharla bağlı məlumat Səbail Rayon Polis İdarəsinə bu gün səhər saat 10:05-də daxil olub. Bu barədə hadisə yerində olan Səbail rayon prokurorunun müavini Elçin Sultanov məlumat verib.

Onun sözlərinə görə, hazırda intihar edənin şəxsiyyətinin müəyyən olunması istiqamətində araşdırma aparılır.

Sultanov bildirib ki, ilkin ekspertiza rəyinə görə, intihar edənin üzərində hər hansı zorakılıq əlaməti qeydə alınmayıb. Onun sözlərinə görə, intihar edənin üzərində hər hansı bir müraciət və şəxsiyyəti təsdiq edən sənəd də yoxdur.

Xəbər lenti

Xəbər lenti