...

Hərbi məktəbin müdavimləri avtoqəzadə həlak olublar

Hadisə Materials 30 İyul 2007 12:12 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ötən gün saat 18:00 rədələrində Bərdə-Ağcabədi yolunun 17 kilometrliyində Bərdənin Ləmbərən kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Beli ki, VAZ 2107 avtomobildə Bakı Ali Birləşmiş Hərbi Komandanlıq məktəbinin müdavimləri, 1986-ci il təvəllüdlü Qəbələ rayon sakini Həşimov Qurban Raim oğlu, 1983-ci il təvəllüdlü Kürdəmir rayon sakini İsmayilov Rizvan Zöhrab oğlu və 1986-cı il təvəllüdlü Rüstəmov Ruslan Əbülfət oğlu ərazidə yerləşən təlimlərə gedərkən yüksək sürətlə hərəktə edən avtomobil yolun sağ tərəfində yerləşən təxminən 30 metr dərinlikli Qarabağ kanalına düşüb. Həşimov və İsmayilov hadisə yerindəcə dünyasını dəyişib, Rüstəmov isə müxtəlif bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti ağırdır. Faktla əlaqədar Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti