...

Nyu Yorkda Elizabet Teylorun geyimlərinin və bəzək əşyalarının hərracı keçiriləcək

Maraqlı Materials 3 Dekabr 2011 14:03 (UTC +04:00)
Nyu Yorkda bu ilin martında 79 yaşında vəfat etmiş əfsanəvi ABŞ aktrisası Elizabet Teylora məxsus geyimlərin və bəzək əşyalarının sərgisi və onlayn-hərracı keçiriləcək.
Nyu Yorkda Elizabet Teylorun geyimlərinin və bəzək əşyalarının hərracı keçiriləcək

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Nyu Yorkda bu ilin martında 79 yaşında vəfat etmiş əfsanəvi ABŞ aktrisası Elizabet Teylora məxsus geyimlərin və bəzək əşyalarının sərgisi və onlayn-hərracı keçiriləcək. Hərracı Nyu Yorkun Rokfeller mərkəzindəki "Kristi" hərrac evinin zallarında müşahidə etmək olar. Bu barədə Trend "Mayak" radiosuna istinadən xəbər verir.

Kolleksiyada əsas yer aktrisanın yeddi ərindən biri - aktyor Riçard Bertonun hədiyyələrinə ayrılıb. Onların arasında dünyada ən iri - yəni 56 karat çəkiyə malik nadir "Pereqrin" mirvarisi də var.

Bəzək əşyaları ilə yanaşı, dekabrın 17-də başa çatacaq onlayn-hərraclarda "Hollivud kraliçası"na məxsus 400-ə yaxın paltar və məşhur dizaynerlərin aksesuarları, eləcə də "Dior" və "Valentino" moda evlərinə məxsus 22 çanta nümayiş olunacaq.

Xəbər lenti

Xəbər lenti