...

ABŞ prezidentlərinin adi vətəndaşlardan daha çox yaşadıqları müəyyənləşib

Maraqlı Materials 7 Dekabr 2011 18:29 (UTC +04:00)
Yaxın vaxtlara kimi prezidentlərin adi vətəndaşlardan iki dəfə sürətlə qocalması barədə fikir mövcud idi.
ABŞ prezidentlərinin adi vətəndaşlardan daha çox yaşadıqları müəyyənləşib

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Yaxın vaxtlara kimi prezidentlərin adi vətəndaşlardan iki dəfə sürətlə qocalması barədə fikir mövcud idi. Lakin ekspert-demoqraf təsdiqləyir ki, bu belə deyil. O izah edib ki, məsələn, ABŞ prezidentləri orta hesabla orta statistik amerikalılardan çox yaşayırlar. Trend-in məlumatına görə, bu barədə "Discovery News" məlumat verir.

"Journal of the American Medical Association"ın səhifələrində dərc olunan oxşar araşdırma İllinoys Universitetindən demoqraf Cey Olşanskiyə məxsusdur. Onun sözlərinə görə, Barak Obama jurnalistlərin bəyanatlarına baxmayaraq, öz yaşına görə kifayət qədər yaxşı görünür.

"Bioloji baxımdan biz əslində insanın qocalma sürətini ölçə bilmirik. Hazırda sizin A nöqtəsindən B nöqtəsinədək müəyyən zaman kəsiyində nə qədər qocaldığınızı qiymətləndirən vahid test mövcud deyil. İnsanın həqiqətən nə qədər yaşayacağını da qabaqcadan söyləmək çətindir", - Olşanski qeyd edir.

Prezidentlərin iki dəfə sürətlə qocaldıqları barədə iddiaya əsaslanan alim ABŞ prezidentlərinin öz yaşlarından və andiçmə mərasiminin nə vaxt keçirilməsindən asılı olaraq nə qədər çox yaşaya bildiklərini hesablayıb. Həmin məlumatlar dövlətin keçmiş liderlərinin real ömürlərinin uzunluğu ilə tutuşdurulub.

Məlum olub ki, əgər iki gün bir günə bərabər olsaydı (onda dörd il səkkiz ilə çevrilərdi) onda prezidentlər iki dəfə sürətlə qocalardılar.Yeri gəlmişkən, təbii səbəblərdən ölən 34 ABŞ prezidentindən 23-ü ehtimal olunduğundan çox yaşayıb. Həm də andiçmə mərasimində onların orta yaşı 55 olub.

Araşdırma nəticəsində ilk səkkiz prezidentin təxminən 80 ilə bərabər olan ömrünün orta uzunluğu və o zaman ölkədə kişilər üçün orta yaş göstəricisinin 40 il olduğu nəzərə alınaraq, prezidentlərin orta statistik vətəndaşlardan daha çox yaşadıqları məlum olub.

Xəbər lenti

Xəbər lenti