...

Kompüterlər üçün qeyri-adi "siçan" istehsal olunub

Maraqlı Materials 6 İyun 2012 16:18 (UTC +04:00)
Yaponiyanın "Thanko" şirkəti "USB Vacuum Mouse" adlı kompüter "siçan"ı iştehsal edib. Bu "siçan"ın qeyri-adiliyi onun tozsoran funksiyalarını yerinə yetirməsindədir.
Kompüterlər üçün qeyri-adi "siçan" istehsal olunub

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir X.Murtuzayeva/

Yaponiyanın "Thanko" şirkəti "USB Vacuum Mouse" adlı kompüter "siçan"ı iştehsal edib. Bu "siçan"ın qeyri-adiliyi onun tozsoran funksiyalarını yerinə yetirməsindədir. Belə ki, o, istifadəçi kompüter arxasında işləyərkən masanın üzərindəki xırda zibilləri toplayır. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Belə ki, iş yerində səliqə-sahman yaratmaq üçün USB Vacuum Mouse-un sahibinin sadəcə olaraq yemək qırıntılarını və kompüterin ətrafındakı tozu toplayan mini-tozsoranı işə salan əlavə düyməni basması kifayətdir. Doğrudur, bu zaman siçan ətrafdakılara mane ola biləcək səs çıxarır.

Lakin bu qurğunun ən böyük çatışmazlığı onun formasıdır. Belə ki, zibili toplamaq üçün əlavə hissə səbəbindən onu erqonomik adlandırmaq olmaz. Buna görə də istifadəçi uzun müddət istifadədən sonra əl barmaqlarında narahatlıq hiss edə bilər. Qurğunun qiyməti təxminən 15 dollardır.

Xatırladaq ki, tozsoran-siçan buraxan "Thanko" firması ötən illərdə istehsal etdiyi digər maraqlı məhsulları ilə də yadda qalıb. Bunların arasında ən miniatür seriyalı güzgülü kamera, sərinləşdirici oturacaq, islanmış mobil telefonların qurudulması üçün qurutma sobası, bütünlükdə qulağa yerləşən MP3 pleyeri də var.

Xəbər lenti

Xəbər lenti