...

Peruda qorxunc kəşf (FOTO)

Maraqlı Materials 8 İyun 2012 15:20 (UTC +04:00)
Perunun paytaxtı Limadan 30 kilometr cənubda yerləşən Paçacamacdakı min illik məzarda arxeoloqlar tərəfindən qorxunc kəşf edilib.
Peruda qorxunc kəşf (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir X.Murtuzayeva/

Perunun paytaxtı Limadan 30 kilometr cənubda yerləşən Paçacamacdakı min illik məzarda arxeoloqlar tərəfindən qorxunc kəşf edilib.

Trend-in məlumatına görə, məzarı araşdıran arxeoloqlar burada düz 80 uşaq skeleti tapıblar. Əksəriyyəti yeni doğulmuş körpələrdən ibarət skeletlərin bir halqa şəklində məzarın ətrafına dəfn edildiyi və hamısının başının məzara doğru çevrildiyi açıqlanır.

Uşaq skeletləri ilə yanaşı, məzarda 70-ə qədər müxtəlif yaşlı insanın skeleti də tapılıb.

Arxeoloqlar bu məsələ ilə bağlı iki ehtimalın olduğunu qeyd edirlər. Uşaqların çox güman tanrılara qurban edildiyi ya da təbii yolla ölən uşaqların bu məzarda dəfn olunduğu ehtimal edilir. Lakin körpələrdən birinin başından aldığı zərbə nəticəsində öldüyü də məlum olub.

Məzarın aşkar olunduğu rayonun Cənubi Amerikada İspaniya işğalından əvvəlki dövrə aid yaşayış mərkəzlərindən biri, əhəmiyyətli dini, siyasi və iqtisadi mərkəz olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti