...

Belçika və Britaniya vətəndaşları 79 milyon avro udublar

Maraqlı Materials 9 İyun 2012 11:09 (UTC +04:00)
Belçika vətəndaşı və Britaniya təbəəsi dünən “Evromillyonlar” lotereyasında 79 milyon avro udublar. Lotereya Avropanın doqquz ölkəsində - Fransa, İspaniya, Avstriya, Portuqaliya, Böyük Britaniya, İsverə, İrlandiya, Lüksemburq və Belçikada keçirilib.
Belçika və Britaniya vətəndaşları 79 milyon avro udublar

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Belçika vətəndaşı və Britaniya təbəəsi dünən "Evromillyonlar" lotereyasında 79 milyon avro udublar. Lotereya Avropanın doqquz ölkəsində - Fransa, İspaniya, Avstriya, Portuqaliya, Böyük Britaniya, İsverə, İrlandiya, Lüksemburq və Belçikada keçirilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü yerli KİV xəbər verib.

Qaliblər haqqında məlumat verilmir.

"Evromillyonlar" lotereyası tarixində ən iri uduş 2010-cu ilin oktyabrında qeydə alınıb. O zaman britaniyalı 129 milyon avro məbləğində çek udmuşdu.

Belçikada bu lotereyada ən böyük uduş 100 milyon avro təşkil edib. 2010-cu ildə belçikalılar üç, 2011-ci ildə isə bir dəfə xoşbəxt biletin sahibi olublar.

Xəbər lenti

Xəbər lenti