...

İştahı tənzimləyən gen tapılıb

Maraqlı Materials 9 İyun 2012 15:16 (UTC +04:00)
ABŞ-da piylənmədən əziyyət çəkənlərin sayının durmadan artması alimləri kökəlmənin qarşısının alınması ilə bağlı daha çox araşdırmalar aparmağa vadar edir.
İştahı tənzimləyən gen tapılıb

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-da piylənmədən əziyyət çəkənlərin sayının durmadan artması alimləri kökəlmənin qarşısının alınması ilə bağlı daha çox araşdırmalar aparmağa vadar edir. Bu barədə Trend Türkiyənin "Hürriyət" qəzetinə istinadən yazır.

Kolumbiya Universitetinin Tibb Mərkəzində aparılan araşdırma nəticəsində iştahı tənzimləməkdə açar rolunu oynayan bir gen kəşf edilib. Siçanlar üzərində aparılan təcrübələr zamanı aşkarlanan və "Gpr17" adlandırılan gen siçanların iştahını azaltmaq və ya artırmağın öhdəsindən gəlib.

Araşdırmanın rəhbəri Domeniko Accilinin sözlərinə görə, onlar bunu "yetim gen" adlandırırlar. Çünki onu hansı maddənin yaratdığı hələlik məlum deyil. Onun sözlərinə görə, əvvəllər aparılan tədqiqatların nəticələrinə əsaslanaraq bu geni aktivləşdirəcəyi güman edilən dərmanlar tapılıb. Eyni zamanada, uzunmüddətli axtarışlardan sonra 2-ci tip diabet və piylənmənin səbəbi olan insulinə müqavimətlə bağlı maraqlı tədqiqatlar da aparılıb. O, ayrıca olaraq bir çox dərmanların mövcud olduğunu, lakin onların hazırkı formalarının beynə təsir etməyə qadir olmadıqlarını qeyd edib.

Yeni dərmanın yaxın vaxtlara hazırlanaraq satışa çıxarılacağı bildirilir.

İndiyədək "Gpr17" adlı geni işlək vəziyyətə gətirəcək əlavə təsir məlum deyildi. Üstəlik genin aktiv vəziyyətə gətirilməsi ürək xəstəliyi və insult riskinə malik olanlar üçün faydalıdır. Bu, hər iki xəstəliyin risk qrupunda olan piylənmədən əziyyət çəkənlərə də yaxşı xəbərdir.

Xəbər lenti

Xəbər lenti