...

Britaniyanın Baş naziri qızını pivəxanada unudub

Maraqlı Materials 11 İyun 2012 14:57 (UTC +04:00)
Böyük Britaniyanın Baş naziri Devid Kemeron 8 yaşlı qızı Nensini Bekingemşir Qraflığının Kadsden kəndindəki "Plough Inn" adlı pivəxanada unudub.
Britaniyanın Baş naziri qızını pivəxanada unudub

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir X.Murtuzayeva/

Böyük Britaniyanın Baş naziri Devid Kemeron 8 yaşlı qızı Nensini Bekingemşir Qraflığının Kadsden kəndindəki "Plough Inn" adlı pivəxanada unudub. Bu barədə Trend "The Sun" qəzetinə istinadən məlumat verir.

İnsident bazar günü baş verib. Baş nazir ailəsi və dostları ilə pivəxanada şam yeməyinə gedib. Şam yeməyindən sonra Nensi tualetə gedib. Kemeron isə buna fikir vermədən ailəsi ilə birlikdə oranı tərk etməyi qərara alıb.

Siyasətçi özü mühafizə xidməti ilə birlikdə bir maşına, arvadı ilə Samanta və digər övladları - 22 yaşlı Florens və 6 yaşlı Arturla birlikdə başqa avtomobilə əyləşiblər. Anası Nensinin atası ilə bir maşında olduğunu hesab edib. Pivəxanadan 4 kilometr aralandıqdan sonra onlar qızlarının yanlarında olmadıqlarını bilərək geri qayıdıblar.

"Baş nazir və Samanta Nensinin onlarla olmadığından xəbər tutduqda həyəcanlanıblar. Xoşbəxtlikdən, onlar pivəxanaya zəng vurduqda qızlarının təhlükəsizlikdə olduğunu və özünü yaxşı hiss etdiyini öyrəniblər. Baş nazir Nensini götürmək üçün dərhal oraya yollanıb", - Kemeron administrasiyasının rəsmi izahatında belə deyilir.

Nensi valideynlərindən 15 dəqiqəyə yaxın ayrı düşüb.

Xəbər lenti

Xəbər lenti