...

Anasının ölümündən iki il sonra dünyaya gələn uşaq

Maraqlı Materials 12 İyun 2012 18:44 (UTC +04:00)
İsraildə Keren və Nisim Ayeşlər ailəsində körpə anasının ölümündən iki il sonra dünyaya gəlib. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.
Anasının ölümündən iki il sonra dünyaya gələn uşaq

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir X.Murtuzayeva/

İsraildə Keren və Nisim Ayeşlər ailəsində körpə anasının ölümündən iki il sonra dünyaya gəlib. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.

Keren və Nisim 14 il bundan əvvəl evləniblər. Onlar uşaqlarının çox olmasını arzu etsələr də, uşaq dünyaya gətirmək onlara qismət olmur. Keren sonsuzluqla bağlı müalicə olunsa da, bunun faydası olmur. Bu zaman o, EKO prosedurundan istifadə etməyi qərara alır. Bu vaxt qadına dəhşətli diaqnoz qoyulur. Belə ki, onda beyin şişi aşkar edilir. Uşaqla bağlı planları təxirə salmaq lazım gəlir. Bütün qüvvə xəstəliklə mübarizəyə yönəldilir. Həkimlər onun beynindən şişi uğurla kənarlaşdırsalar da, xəstəlik sağalmır və Keren tezliklə ölür.

Ölümündən bir az əvvəl Keren ərinə deyib ki, EKO-ya hazırlıq zamanı dondurulmuş rüşeymlərindən istifadəyə görə icazə imzalayıb. Lakin onları almaq üçün Nisimə icazə verilmir. Qanuna görə, surroqat analığa yalnız ərlə arvadın hər ikisinin icazəsi ilə yol verilə bilər, Kerenin icazəsini isə almaq isə artıq mümkün deyildi. Rüşeymləri yalnız bir şərtlə əldə etmək olardı ki, onlardan İsrail ərazisində istifadə olunmasın. Odur ki, Nisim ABŞ-da surroqat ana tapır və bu ona 30 min dollara başa gəlir.

Artıq bu yaxınlarda Nisimin uşağı dünyaya gəlib. Doğuşda həm Nisim, həm də Kerenin valideynləri iştirak edib. Nisimin sözlərinə görə, oğlu eyni zamanda həm ona, həm də mərhum anasına bənzəyir.

Xəbər lenti

Xəbər lenti