...

Səudiyyə Ərəbistanı Kralı qadınların avtomobil sürməyinə icazə verəcək?

Maraqlı Materials 14 İyun 2012 20:14 (UTC +04:00)
600-dən çox səudiyyəli qadın krala onlara avtomobil idarə etməyə icazə verməsi xahişi ilə müraciət ünvanlayıblar.
Səudiyyə Ərəbistanı Kralı qadınların avtomobil sürməyinə icazə verəcək?

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir X.Murtuzayeva/

600-dən çox səudiyyəli qadın krala onlara avtomobil idarə etməyə icazə verməsi xahişi ilə müraciət ünvanlayıblar. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.

Qadınlar onların hansısa siyasi partiyanın və ya hərəkatın nümayəndələri olmadıqlarını bəyan edərək sadəcə maşın sürməyə icazə verməyi xahiş edirlər. Çünki bunsuz təsərrüfatı idarə etmək və uşaqlara qulluq etmək çox çətindir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı dünyada qadınlara sükan arxasında əyləşməyi qadağan edən yeganə ölkədir.

Xəbər lenti

Xəbər lenti