...

170 kiloluk ev pişiyi (FOTO)

Maraqlı Materials 15 İyun 2012 12:08 (UTC +04:00)
Əslinə baxsan, Enzo bir çox hallarda adi bir ev pişiyindən heç fərqlənmir. Belə ki, o, maraq mərkəzində olmaqdan xoşlanır, yatmağı çox sevir və tez-tez caynaqlarını mebellərə keçirir. Amma bir yaşı olan Enzonu diğər ev pişiklərindən fərqləndirən cəhət onun çəkisi 170 kiloqram olan Benqal pələngi olmasıdır.Trend Türkiyənin “Milliyyət” qəzetinə istinadən xəbər verir.
170 kiloluk ev pişiyi (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir X.Murtuzayeva/

Əslinə baxsan, Enzo bir çox hallarda adi bir ev pişiyindən heç fərqlənmir. Belə ki, o, maraq mərkəzində olmaqdan xoşlanır, yatmağı çox sevir və tez-tez caynaqlarını mebellərə keçirir. Amma bir yaşı olan Enzonu diğər ev pişiklərindən fərqləndirən cəhət onun çəkisi 170 kiloqram olan Benqal pələngi olmasıdır.Trend Türkiyənin "Milliyyət" qəzetinə istinadən xəbər verir.

Enzo Cənubi Afrikanın Brakpan şəhərində Maykl Ceymson və onun qız rəfiqəsi Ceki Smitin evində yaşayır. Cütlük yaşadıqları evi Enzodan başqa daha 14 köpəklə də bölüşürlər.

Ceymson və Smit Enzonu doqquz həftəlik körpə olarkən alıblar. Ancaq tezliklə həmin sevimli "körpə" hər gün beş kiloqram ət yeyən iri bir pələngə çevrilir. "Enzonun sahibi olmağı heç nə ilə əvəz etmək mümkün deyil. Həyatımızın hər günü o birisindən fərqli keçir",- deyən Ceymson pələngin ailənin bir parçası olduğunu söyləyir.

Enzo səhər yuxudan oyanan kimi qaça-qaça mətbəxə keçir və masaya tullanır. Burada yatmağı çox sevən Enzonu Smit və Ceymson əmziklə yedizdirirlər.

Günorta yuxusu zamanı Enzo ya kürsüdə, ya da Smit və Ceymsonun yatağında yatır. Sonra oynamaq vaxtı gəlir. Lakin onunla oynayarkən çox diqqətli olmaq lazımdır. Ceymson vəziyyətin bir müddətdən sonra nəzarət altından çıxa biləcəyi barədə xəbərdarlıq edir: "Pələnglə oynamaq həqiqətən çox çətindir. Əgər səhvən bir yerinizi qaparsa tamamilə qoparmasa belə dişlərinin yaratdığı sıyrıntılar qanaya bilər. Mən artıq alışmışam, hər oynadığımız zamanda bir az qan itirməklə artıq razılaşdım".

Daha sonra Enzonun nahar vaxtı yetişir. Bu nəhəng "pişiyin" əın çox sevdiyi yemək pişik yeməyidir. Qeyd edək ki, bütün məsumluğuna baxmatyaraq Enzonun pis vərdişi də var. Belə ki, o daim kürsüləri gəmirir. Əgər bu pis vərdişindən əl çəkərsə o, tamamilə əsl ev pişiyi olacaq.

Xəbər lenti

Xəbər lenti