...

Serbiyada mamont qəbiristanlığı aşkar edilib

Maraqlı Materials 25 İyun 2012 16:37 (UTC +04:00)
Serbiyada Kostolac kömür mədəni yaxınlığında yaşı 2 milyon 500 min il olan mamont qalıqları tapılıb.
Serbiyada mamont qəbiristanlığı aşkar edilib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir X.Murtuzayeva/

Serbiyada Kostolac kömür mədəni yaxınlığında yaşı 2 milyon 500 min il olan mamont qalıqları tapılıb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən yazır.

Mədən işçiləri kömür çıxararkən hündürlüyü 5 metr olan sümüklərə rast gələndə işləri dərhal dayandırmağı qərara alaraq bu barədə Serbiya Arxeoloji İnstitutuna məlumat veriblər.

Hadisə yerinə, alimlər Zoran Markoviç, Nemanya Mariç başda olmaqla, 30 nəfərdən ibarət mütəxəssis qrupu gəlib və qazıntı işlərinə başlayıb. Üç gün müddətində görülən işlər nəticəsində dişləri 5 metr uzunluğunda olan bir mamontun qalıqları aşkar edilib. Qazıntılar zamanı ən azı 5 mamontun sümükləri də tapılıb. Alimlərin xahişi ilə 2 hektarlıq ərazidə kömür çıxaran maşınların köməyi ilə qazma işləri aparılıb və 2 milyon 500 min il bundan əvvələ aid olan daha bir mamontun qalıqları da tapılıb.

Alimlərin fikrincə, Serbiyadakı nadir arxeoloji kəşf bu nəhəng heyvanların daha dərindən tədqiq edilməsi üçün misilsiz imkanlar yaradır.

Xəbər lenti

Xəbər lenti