...

Hələ doğulmamış körpə xərçəng şişindən əməliyyat olunub

Maraqlı Materials 26 İyun 2012 13:27 (UTC +04:00)
ABŞ-ın Mayami ştatındakı Cekson Memorial hospitalında cərrahlar çox mürəkkəb cərrahiyyə əməliyyatı apararaq hələ dünyaya gəlməmiş uşağın ağız boşluğundakı şişi kəsib götürüblər. Onların sözlərinə görə, bu, öz növünə görə çox unikal prosedurdur. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verir
Hələ doğulmamış körpə xərçəng şişindən əməliyyat olunub

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-ın Mayami ştatındakı Cekson Memorial hospitalında cərrahlar çox mürəkkəb cərrahiyyə əməliyyatı apararaq hələ dünyaya gəlməmiş uşağın ağız boşluğundakı şişi kəsib götürüblər. Onların sözlərinə görə, bu, öz növünə görə çox unikal prosedurdur. Trend-in məlumatına görə, bu barədə BBC xəbər verir.

Şiş Temmi Qonzalezin hamiləliyinin 17-ci həftəsində aşkar edilib. Körpəyə xərçəngin çox nadir növü olan ağız boşluğu teratoması diaqnozu qoyulub. Qeyd etmək lazımdır ki, belə diaqnoz 20 ildə bir dəfə qoyulur. Uşağın sağ qalmaq şansı isə demək olar sıfıra bərabər olub.

Lakin buna baxmayaraq uşaq heç bir fəsad olmadan dünyaya gəlib. Əməliyyat zamanı anaya yerli anesteziya tətbiq olunub. Həkimlər iynələrin köməyi ilə amniotik qişanı aralayıblar. Bundan sonra isə onlar əmələ gəlmiş dəlikdən lazerin köməyi ilə şişi kəsib götürməyə nail ola biliblər. Ümumilikdə, bütün əməliyyata bir saatdan azacıq çox vaxt tələb olunub.

"Bildiyimizə görə, bu, döldə ağız boşluğu teratomasının uğurlu müalicəsi ilə bağlı yeganə haldır. Qızda əməliyyatdan cəmi kiçik bir çapıq izi qalıb", - cərrahlar qeyd edirlər.

Xəbər lenti

Xəbər lenti