...

Şekspirin məşhur qəhrəmanının şəxsiyyəti məlum olub

Maraqlı Materials 28 Avqust 2012 12:43 (UTC +04:00)
Məşhur ingilis şairi və dramaturqu Uilyam Şeksprin sonetlərindəki əsrarəngiz "Qara ledi" xarakteri əslində Londonda fahişəxanada işləyirmiş.
Şekspirin məşhur qəhrəmanının şəxsiyyəti məlum olub

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir X.Murtuzayeva/

Məşhur ingilis şairi və dramaturqu Uilyam Şeksprin sonetlərindəki əsrarəngiz "Qara ledi" xarakteri əslində Londonda fahişəxanada işləyirmiş. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Çiçester Universitetində Şekspir tədris bölməsinin müəllimi Dunkan Salkeldenin sözlərinə görə, məşhur şairin 127-152-ci sonetlərinin üç əsas qəhrəmanlarından biri olan "Qara ledi" əslində "Qara Lyusi" adlı qədim peşə sahibi imiş.

Xəbər lenti

Xəbər lenti