...

Urumçi zooparkının sakinləri Zəlzələlərin Proqnozlaşdırılması Xidmətinə verilib

Maraqlı Materials 3 Oktyabr 2012 14:24 (UTC +04:00)
Bu günlərdə Urumçinin (Sintszyan-Uyğur muxtar rayonunun inzibati mərkəzi) «Tyanşan» zooparkında zəlzələlərin proqnozlaşdırılmasında heyvanların davranışından istifadə praktikası tətbiq edilib.
Urumçi zooparkının sakinləri Zəlzələlərin Proqnozlaşdırılması Xidmətinə verilib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Bu günlərdə Urumçinin (Sintszyan-Uyğur muxtar rayonunun inzibati mərkəzi) "Tyanşan" zooparkında zəlzələlərin proqnozlaşdırılmasında heyvanların davranışından istifadə praktikası tətbiq edilib. Bu barədə "Jenmin Jibao" qəzeti xəbər verir.

Urumçi Seysmologiya İdarəsinin apardığı tədqiqatın yekunlarına görə, zooparkda fauna nümayəndələrinin davranışının müşahidəsi üzrə beş zona ayrılıb - suda üzən quşlar, otyeyən Afrika heyvanları, vəhşi heyvanlar, qanadlılar və yırtıcı heyvanlar. Hər zonada müşahidə obyekti kimi 7-9 heyvan saxlanılır.

Zoopark nümayəndəsinin sözlərinə görə, əməkdaşlar hər gün heyvanların davranışındakı dəyişiklikləri qeyd etməlidirlər. Heyvanlarda qeyri-adi davranışın meydana çıxacağı halda bu barədə Seysmoloji İdarəyə dərhal məlumat veriləcək.

Beləliklə, "Tyanşan" zooparkı Sintszyanda heyvanların davranışlarının müşahidəsi vasitəsilə zəlzələlərdən xəbərdarlıq üzrə ilk bazadır. Gələcəkdə Urumçidə daha belə 21 məntəqənin tikintisi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti