...

İş masası arxasında yemək vərdişi ölüm riskini artırır

Maraqlı Materials 12 Oktyabr 2012 11:56 (UTC +04:00)
Alimlərin apardıqları tədqiqata əsasən, bütün dünyada onlarla insanın ölümünə az hərəkətli həyat tərzi səbəb olur.
İş masası arxasında yemək vərdişi ölüm riskini artırır

Azərbaycan, Bakı, 12 oktyabr / Trend, müxbir X.Murtuzayeva/

Alimlərin apardıqları tədqiqata əsasən, bütün dünyada onlarla insanın ölümünə az hərəkətli həyat tərzi səbəb olur. Məsələ ondadır ki, fiziki fəallığın çatışmazlığı qan laxtalarının yaranmasına səbəb olur. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.

Ofis işçiləri arasında daha çox yayılan vərdiş öz "bəhrə"sini verməkdədir. Söhbət nahara hara isə getmək istəməməkdən gedir. İşçilər öz vaxtlarına qənaət edərək elə ofisdə öz iş masalarının arxasında nahar edirlər. Tədqiqatlar göstərir ki, gün ərzində 10 saat işləyən 21-30 yaşlarında işçilərin təxminən 75 faizi fasiləyə çıxmaqdan imtina edirlər ki, bu da dərin venalarda tromboz əmələ gəlməsi təhlükəsini əhəmiyyətli dərəcədə artırır.

Qeyd edək ki, tromboz dərin venalarda qan laxtalarının (trombların) əmələ gəlməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir. Bir qayda olaraq, tormboz aşağı ətrafları zədələyir. Müalicə olunmadıqda isə o, ölümlə nəticələnə bilir. Statistikaya görə, ağciyər tromboemboliyasından baş verən ölüm hallarının 3-15 faizinə tromboz səbəb olur.

Mütəxəssislər qeyd edirlər ki, hazırda dünyada yaşı 40-dan az olan tromboz qurbanlarının sayı sürətlə artır. Eyni zamanda, trombozla bağlı bir çox hallar diaqnozlaşdırılmayıb. Həkimlərin məsləhətlərinə görə, trombozdan müdafiə olunmağın ən səmərəli üsulu hərəkətli olmaqdan, siqaretdən imtina etməkdən, duz və yağdan istifadəni azaltmaqdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti