...

Kişilər qadınların hərəkətini elektron sistemlə izləyəcəklər

Maraqlı Materials 23 Noyabr 2012 20:29 (UTC +04:00)
Səudiyyə Ərəbistanında tətbiq edilən yeni bir sistem sayəsində kişilərə həyat yoldaşlarının harada olduqları barədə məlumat SMS ilə çatdırılacaq.
Kişilər qadınların hərəkətini elektron sistemlə izləyəcəklər

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Səudiyyə Ərəbistanında tətbiq edilən yeni bir sistem sayəsində kişilərə həyat yoldaşlarının harada olduqları barədə məlumat SMS ilə çatdırılacaq. Bu barədə Trend cümə günü Türkiyə KİV-ə istinadən məlumat verir.

Məlumata görə, bunun üçün qadınlar elektron sistemlə izləniləcək. Bu sistemin sayəsində qadınlar xarici ölkəyə gedərkən onların ərlərinə mobil telefon vasitəsilə mesaj gələcək.

Mesaj cütlüyün birgə səyahət etməsi zamanı da göndərilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadının xarici ölkəyə getməsi üçün ərinin yazılı icazəsi olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti