...

Günəş piramidasında hinduların qədim Allahının heykəli tapılıb

Maraqlı Materials 13 Fevral 2013 05:48 (UTC +04:00)
Meksikalı arxeoloqlar paytaxt yaxınlığındakı Teotiuakanda məşhur Günəş piramidasında hinduların qədim Allahının heykəlini tapıblar.
Günəş piramidasında hinduların qədim Allahının heykəli tapılıb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Meksikalı arxeoloqlar paytaxt yaxınlığındakı Teotiuakanda məşhur Günəş piramidasında hinduların qədim Allahının heykəlini tapıblar. RİA Novosti Meksikanın Milli Antropologiya Muzeyinə istinadən xəbər verir ki, hindular bunu Ueueteotlya - ən qədim od və ev ocağı Allahı hesab edirdilər.

Heykəl piramidanın ən yüksək nöqtəsində - 66 metr hündürlükdə düzəldilib. Tapılmış heykəl buna qədər tədqiqatlar zamanı üzə çıxarılmış Ueueteotlyanın digər formalarından ən möhtəşəmi və böyüyüdür.

Tədqiqatçılar hələ də bu heykəlin hansı formada həmin yerdə peyda olmasını elmi baxımdan açıqlaya bilmirlər. Lakin hipotezlərdən birinə görə, Günəş piramidasının ən hündür yerində V əsrin sonu VI əsrin əvvəllərində Allahın formasını əks etdirən məbəd yerləşirdi. Həmin məbəd məhz, teotiuakanlar tərəfindən dağıdılmışdı. Hazırda tapılmış dəyərli arxeoloji abidə də boş piramidanın içərisində düzəldildiyindən əsrlər boyu ətrafdan gizli qala bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti