...

Londonda çaqqal beşikdəki körpəyə hücum edib

Maraqlı Materials 13 Fevral 2013 14:37 (UTC +04:00)
London ərtafındakı Levişam qəsəbəsində gündüz saatlarında evlərdən birinə girən çaqqal beşikdə yatan dörd həftəlik körpəyə hücum edib.
Londonda çaqqal beşikdəki körpəyə hücum edib

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir X.Murtuzayeva/

London ərtafındakı Levişam qəsəbəsində gündüz saatlarında evlərdən birinə girən çaqqal beşikdə yatan dörd həftəlik körpəyə hücum edib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.

Ölkə mətbuatının yaydığı xəbərə görə, uşağın anası ağlamaq səsi eşidərkən otağa daxil olub və uşağı qan içində yerdə görüb. Otaqda çaqqalın olduğunu görən ana əlinə keçən əşyaları ona ataraq vəhşi heyvanı otaqdan qovub çıxara bilib. Üzündə və əllərində yaralar olan körpə təcili olaraq Londonun cənubundakı "Müqəddəs Tomas" xəstəxanasına yerləşdirilib.

Aparılan araşdırma nəticəsində yırtıcının evin açıq qalan arxa qapısından otaqa daxil olduğu müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti