...

Azərbaycanda qəribə canlı tapılıb

Maraqlı Materials 16 Fevral 2013 16:28 (UTC +04:00)
Zaqatala rayonunun Qımır kəndində yerin 22 metr dərinliyində əcaib məxluq tapılıb.
Azərbaycanda qəribə canlı tapılıb

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Zaqatala rayonunun Qımır kəndində yerin 22 metr dərinliyində əcaib məxluq tapılıb. Trend-in Kanal S-ə istinadən verdiyi məlumatına görə, bu canlı ilk baxışda timsah balasına oxşayır. Ancaq bunun hələlik hansı növ heyvan qrupuna aid olduğu məlum deyil.

Kənd sakini Ramazan Ömərov həyətyanı sahəsindəki su kəhrizini təmizləyərkən, quyunun dibində qəribə canlı ilə rastlaşıb. Kənd sakinləri əvvəllər heç vaxt belə bir canlıya rast gəlmədiyini bildiriblər. Qəribə tapıntı tədqiqat üçün Bakı şəhərinə göndəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti