...

İnsan təri dünyada ən güclü antibiotiklərdən biridir

Maraqlı Materials 25 Fevral 2013 15:58 (UTC +04:00)
Tərdən hazırlanmış antibiotikin xəstəxana superbakteriyasının və vərəmin ölümcül ştamlarının öhdəsindən gəlməsi realdır. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
İnsan təri dünyada ən güclü antibiotiklərdən biridir

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Tərdən hazırlanmış antibiotikin xəstəxana superbakteriyasının və vərəmin ölümcül ştamlarının öhdəsindən gəlməsi realdır. Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, insandakı DCD zülalı duzlu, azacıq turş tərdə fəallaşır. Bu, ona patogenlərin hüceyrə membranına keçməyə, nəticədə onları öldürməyə imkan verir. Əgər onun molekulundan istifadə edirlərsə, ondan istənilən hüceyrələrə daxil olan effektiv dərmanlar almaq olar. Onların atom strukturunun öyrənilməsi böyük miqdarda bakteriyaya nəzarət etməyə imkan verəcək.

Edinburq Universitetinin alimləri bildirirlər ki, təbiətdə təxminən 1700 təbii antibiotik mövcuddur. Dərmanların patogenlərə təsirinin aradan qalxdığı bir şəraitdə onlar əsl xilaskara çevrilə bilərlər.

Qeyd edək ki, DCD zülalı dərinin zədələndiyi zaman tər vəzilərindən ifraz olunur. Antimikrob peptidlərə aid olan birləşmələr yaranı istənilən bakteriyalardan sürətlə təmizləyir. Tədqiqatlar zülalın molekulyar quruluşunun qeyri-adi dərəcədə uzadılmış, keçirici, elastik olduğunu göstərir. O, hüceyrə membranının müxtəlif tiplərinə uyğunlaşa bilir ki, bu da göbələklərin öhdəsindən gəlməyə imkan verir. Birləşmə "Mycobacterium tuberculosis" və "Staphylococcus aureus" viruslarına qarşı effektivlik nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti