...

İsveçrəlilər referendum vasitəsilə Qış Olimpiya Oyunlarında mübarizədən imtina ediblər

Maraqlı Materials 4 Mart 2013 10:25 (UTC +04:00)
İsveçrənin Qraubyuden vilayətininin sakinləri 2022-ci il Qış Olimpiya Oyunlarının ölkə ərazisində keçirilməsindən imtina ediblər.
İsveçrəlilər referendum vasitəsilə Qış Olimpiya Oyunlarında mübarizədən imtina ediblər

Azərbaycan, Bakı, 4 mart / Trend müxbir E. Tanrıverdiyev/

İsveçrənin Qraubyuden vilayətininin sakinləri 2022-ci il Qış Olimpiya Oyunlarının ölkə ərazisində keçirilməsindən imtina ediblər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Reurtes" agentliyi xəbər verib.

Bazar günü Qraubyuden vilayətində yerləşən Sent-Morits və Davos şəhərlərində Qış Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı sifarişin edilməsi məsələsi referenduma çıxarılıb. Referendumun nəticələrinə görə, sakinlərin 47,34 faizi Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı ideyanı dəstəkləyib. Səsvermədə iştirak edənlərin 52,66 faizi isə oyunların keçirilməsi əleyhinə səs veriblər. Referendumda səsvermə hüququ olan sakinlərin 59,14 faizi iştirak edib.

İsveçrənin Milli Olimpiya Komitəsi referendumun nəticələrini şərh edərək vətəndaşların qəbul etdiyi qərardan məyus olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti