...

Norveç gəmiçilik sahəsində ilkə imza atacaq

Maraqlı Materials 13 Aprel 2013 17:43 (UTC +04:00)
Norveç dünyada ilk gəmi tunelini inşa etməyə hazırlaşır.
Norveç gəmiçilik sahəsində ilkə imza atacaq

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Norveç dünyada ilk gəmi tunelini inşa etməyə hazırlaşır.

Trend-in şənbə günü Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, tunel Norveçin cənub-şərqindəki körfəzdə dənizə çıxışı olan qayalığın altının oyulması ilə inşa ediləcək.

Tunel böyük ticarət gəmilərinin keçə biləcəyi qədər geniş və dərin olacaq. Uzunluğu 1,7 kilometr olması planlaşdırılan gəmi tunelinin inşasına 2018-ci ildə start veriləcək.

Tikinti işlərinin 4 il ərzində yekunlaşacağı planlaşdırılır. Layihənin maliyyə dəyəri 135 milyon avro həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti