...

Dünyada hər üç dilənçidən biri Hindistanda yaşayır

Maraqlı Materials 20 Aprel 2013 14:25 (UTC +04:00)
Dünyanın ən yoxsul əhalisinin üçdə biri Hindistanda yaşayır. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dünya Bankının (DB) hesabatına istinadən "İndian Express" nəşri xəbər yayıb.
Dünyada hər üç dilənçidən biri Hindistanda yaşayır

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Dünyanın ən yoxsul əhalisinin üçdə biri Hindistanda yaşayır. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dünya Bankının (DB) hesabatına istinadən "İndian Express" nəşri xəbər yayıb.

"Dünyada 1,2 milyard insan gündə 1,25 ABŞ dollarından da az məbləğdə qazancla güzəranını sürdürür", - DB-nın yoxsulluq probleminə həsr olunan hesabatında qeyd olunub.

Bu beynəlxalq təşkilatın məlumatlarına görə, 1981-2010-cu illər ərzində inkişaf edən regionlarda çətinliklə dolanan sakinlərin sayı 30 faiz (əhalinin ümumi sayının 50 faizindən 21 faizinədək) azalıb.

Xatırladaq ki, Britaniyanın "Oxfam" xeyriyyə təşkilatının məlumatına görə, planetin 100 ən zəngin sakini ötən il dünyada yoxsulluğun kökünü birdəfəlik kəsməyə kifayət edəcək miqdarda pul qazanıblar. Təşkilat ehtimal edir ki, dünya əhalisinin ən yoxsul təbəqələri arasında yoxsulluğun aradan qaldırılması üçün ən varlıların siyahısındakı ilk 100 pillədə qərarlaşan şəxslərin ötən ilki gəlirlərinin 25 faizi kifayət edərdi. 2012-ci ildə bu yüzlüyün xalis gəlirləri 240 milyard ABŞ dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti