...

"Facebook" İranda ücüncü boşanma səbəbidir

Maraqlı Materials 26 Aprel 2013 11:20 (UTC +04:00)
"Facebook" İranda üçüncü boşanma səbəbidir. Bunu İranın Şimali Xorasan vilayətinin kompyuter cinayətləri ilə mübarizə idarəsinin rəisi, general Əli Yəli bildirib.
"Facebook" İranda ücüncü boşanma səbəbidir

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir T.Cəfərov/

"Facebook" İranda üçüncü boşanma səbəbidir. Bunu İranın Şimali Xorasan vilayətinin kompyuter cinayətləri ilə mübarizə idarəsinin rəisi, general Əli Yəli bildirib. O, Bocnurd şəhərinin Pəyam Nur universitetində kompyuter cinayətlərinə dair keçirilən seminarda çıxış edib. Trend-in məlumatına görə, bu barədə İranın "İT analyze" xəbər saytı məlumat verir.

Məlumata əsasən, general Yəli deyib ki, "Facebook" ABŞ-ın ən təhlükəli silahlarından biridir və dünyada bu şəbəkədən casusluq vasitəsi kimi istifadə olunur.

"Facebook"un bir milyarddan çox istifadəçisi var və 40 dildə fəaliyyət göstərməsi onun nə qədər güclü və geniş casusluq şəbəkəsi olmasının göstəricisidir",- general Yəli deyib.

Son bir ildə İranda boşanma hallarının sayı 7 faiz, nikahların sayı isə 2 faiz artıb. Bunu İranın Dövlət Statistika Təşkilatının rəhbəri Əhməd Tusirkani deyib. Tusirkani ötən il ərzində İranda boşananların sayının 833 332, evlənənlərin sayının isə 139 963 nəfər təşkil etdiyini bildirib.

Məlumata görə, boşanma halları əsasən yaşı 30-dan aşağı olan gənc cütlüklər arasında baş verib. Boşanan qadınlar əsasən 20-24, kişilər isə 25-29 yaş arasında olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti