...

Kosmosda tərəvəz yetişdiriləcək

Maraqlı Materials 12 Sentyabr 2013 20:07 (UTC +04:00)
NASA (Milli Aeronavtika və Kosmik İdarəetmə) bu ilin sonunda kosmosda kahı yetişdirəcək.
Kosmosda tərəvəz yetişdiriləcək

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

NASA (Milli Aeronavtika və Kosmik İdarəetmə) bu ilin sonunda kosmosda kahı yetişdirəcək.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, NASA bu məqsədlə Beynəlxalq Kosmos Stansiyasının astronavtlarını kosmosa göndərəcək.

Bu ideya daha əvvəl kosmos stansiyasında balqabaq yetişdirməyə müvəffəq olan astronavt Don Pettitə məxsusdur.

Kahıların LED işığı altında 28 gün ərzində yetişdirilməsi planlaşdırılır. Kosmosda tərəvəz yetişdirməyi planlaşdıran NASA onları əvvəlcə Yerə göndərərək yeyilib-yeyilməyəcəyini müəyyənləşdirəcək.

NASA kahıdan sonra kosmosda turp və noxud yetişdirməyi düşünür. Kosmosda yetişdiriləcək məhsullar astronavtların qida ehtiyacını qarşılamaq baxımından önəm kəsb edir.

Qeyd edək ki, 1 kiloqram qida maddəsinin kosmosa göndərilməsinin maliyyə dəyəri təqribən 20 min dollardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti