...

İrsiliyin uşaqların müvəffəqiyyət dərəcəsinə təsiri müəyyən edilib

Maraqlı Materials 7 Oktyabr 2014 12:56 (UTC +04:00)
Britaniyalı alimlər irsiliyin uşaqların müvəffəqiyyət dərəcəsinə təsirini müəyyən ediblər.
İrsiliyin uşaqların müvəffəqiyyət dərəcəsinə təsiri müəyyən edilib

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Britaniyalı alimlər irsiliyin uşaqların müvəffəqiyyət dərəcəsinə təsirini müəyyən ediblər. Əkizlərin buraxılış imtahanlarının nəticələrinə baxaraq (imtahanlar 2010-2012-ci illərdə keçirilib) müəyyən ediblər ki, qiymətləndirmələrin 60 faizi genetik amillərlə izah edilir. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu tədqiqatın nəticələri "Proceedings of the National Academy of Sciences" jurnalına təqdim olunub.

Böyük Britaniyada buraxılış imtahanlarında ingilis dili, riyaziyyat və təbiət elmləri məcburi fənlərdir və həmin imtahanları 16 yaşında verirlər. Tədqiqatçılar 6653 cüt həm monoziqot (eyni yumurta əkizləri), həm də heteroziqot əkizin (sonuncular genlərin yalnız 50 faizini bölüşürlər) aldıqları qiymətləri təhlil ediblər. Hər iki tip əkizlərin müqayisəsi müvəffəqiyyət dərəcəsi amillərinin irsiliklə və tərbiyə ilə bağlı nisbətini aydınlaşdırmağa imkan verib.

Bundan başqa, alimlər genlərin və mühitin intellektual səviyyəyə necə təsir etdiyini də araşdırıblar. Onlar testlər vasitəsilə əkizlərin 83 psixoloji xüsusiyyətini, öz gücünə inamını, davranış problemlərini və sağlamlıq vəziyyətini ölçüblər. Sonuncular 35-58 faiz irsiliklə müəyyən edildiyi halda qiymətlər 60 faiz genlərlə şərtlənir.

Alimlər qeyd edirlər ki, imtahan qiymətlərinə irsiliyin təsiri yalnız intellektlə deyil, həm də digər (həm irsən, həm də qazanılmış) xüsusiyyətlərlə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti