...

Nyu-Yorkda ən yüksək yaşayış göydələni tikilib

Maraqlı Materials 15 Oktyabr 2014 11:02 (UTC +04:00)
Nyu-Yorkda ən yüksək "432 Park-avenyu" yaşayış göydələninin tikintisi başa çatıb. Bu barədə tikinti şirkətinin rəhbəri Qarri Maklou məlumat verib.
Nyu-Yorkda ən yüksək yaşayış göydələni tikilib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Nyu-Yorkda ən yüksək "432 Park-avenyu" yaşayış göydələninin tikintisi başa çatıb. Bu barədə tikinti şirkətinin rəhbəri Qarri Maklou məlumat verib. Trend-in məlumatına görə, xəbəri RİA Novosti yayıb.

Manhettenin mərkəzində 56-cı və 57-ci küçələr arasında yerləşən Park-avenyuda yerləşən 96 mərtəbəli göydələnin hündürlüyü təxminən 426 metrdir. Hazırda bina sadəcə yerləşdiyi ünvanla "432 Park-avenyu" adlandırılır. Göydələnin rəsmiləşməsi ilə əslən macar olan Rafael Vinyoli məşğul olur.

Elit binanın sakinləri şəxsi restoran, bağ, spa və sauna ilə fitnes mərkəzi, masaj kabinetləri, hovuz, kitabxana və bilyard zalından istifadə edə biləcəklər. Bundan başqa, orada, həmçinin çaxır zirzəmisini yaratmaq planlaşdırılır. Sakinlər gəzinti üçün terras və qolf meydançasından istifadə edə biləcəklər.

İlk sakinlər binada təxminən bir ildən sonra məskunlaşacaqlar. Ümumilikdə göydələndə hər birinin dəyəri 7 milyondan 80 milyon dollaradək olan 104 mənzil var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti