...

Meksikada 80 Neymar doğuldu

Maraqlı Materials 30 Oktyabr 2014 15:38 (UTC +04:00)
2014-cü ilin yanvar-oktyabr aylarında Meksikada yeni doğulmuş 80 körpəyə braziliyalı tubolçu Neymar da Silva Santos Juniorun şərəfinə Neymar adı verilib.
Meksikada 80 Neymar doğuldu

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

2014-cü ilin yanvar-oktyabr aylarında Meksikada yeni doğulmuş 80 körpəyə braziliyalı tubolçu Neymar da Silva Santos Juniorun şərəfinə Neymar adı verilib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, meksikalılar son vaxtlar övladlarına məşhur futbolçuların adlarını qoymağa başlayıblar. Neymardan başqa, meksikalılar arasında portuqaliyalı futbolçu Kriştiano Ronaldonun adı da populyardır.

Belə ki, 17 uşağa Ronaldo, üçünə isə Zlatan (İsveç futbolçusu Zlatan İbrahimoviç) adı verilib.

Qeyd edək ki, ötən ilin sentyabr ayında soyadın ad qismində istifadə edilməsinə baxmayaraq, Argentina ailəsi oğullarını Messi adlandırmaq üçün icazə alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti