...

Fransa sakini 73 milyon avroluq "cekpot" uddu

Maraqlı Materials 3 Dekabr 2014 16:18 (UTC +04:00)
Avropanın ən iri lotereyası “EuroMillions” Fransa sakinlərindən birinə 73 milyon avro qazandırıb.
Fransa sakini 73 milyon avroluq "cekpot" uddu

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Avropanın ən iri lotereyası "EuroMillions" Fransa sakinlərindən birinə 73 milyon avro qazandırıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

"BFMTV telekanalının məlumat yayıb.

Qalibin adı hələlik açıqlanmır, hər halda həmişə olduğu kimi elan edilməyəcək. Xoşbəxt biletin sahibinin yaşadığı departament indiyədək rəsmən elan edilməyib. Вununla yanaşı, BFMTV telekanalının məlumatına görə, uduş Beşinci respublikanın şimal-şərqindəki Aşağı Reyn departamentində qeydə alınıb.

Lotereya oyunu çərşənbə axşamı keçirilib. Fransa sakinlərindən birinin sahibi olduğu məbləğ bütün 2014-cü il ərzində ölkə ərazisindəki lotereya uduşlarında rekord vurub. Bu, Fransanın qızğın oyunçusunun əldə etdiyi beşinci çek-potdur.

Fransada lotereya tarixində ən böyük uduş 2012-ci ilin noyabrında öz sahibini tapmış 169 milyon avro təşkil edir.

"EuroMillions" lotereyası Avropanın 9 ölkəsində - Fransa, Böyük Britaniya, İspaniya, Lüksemburq, Belçika, İsveçrə, Portuqaliya, İrlandiya və Avstriyada keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti