...

Siqaret aludəçiliyinin qarşısını alan peyvənd

Maraqlı Materials 14 Yanvar 2015 19:25 (UTC +04:00)
Siqaret çəkmək kimi zərərli aludəçiliyinin qarşısını alan peyvənd hazırlanıb.
Siqaret aludəçiliyinin qarşısını alan peyvənd

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Məftun Salmanov/

Siqaret çəkmək kimi zərərli aludəçiliyin qarşısını alan peyvənd hazırlanıb.

Trend-in "CNN Türk" telekanalına istinadən verdiyi məlumata əsasən, peyvəndi ABŞ-dakı "Scripps" Araşdırma İnstitutunun alimləri hazırlayıblar.

İlkin olaraq siçanlar üzərində sınaqdan keçirilən peyvənd təsirli olub. Belə ki, siçanların immunitet sistemi tütünə qarşı təsirli mübarizəyə başlayıb. İmmunitet sistemi zərərli maddələrə reaksiya verməklə nikotin molekullarının yayılmasının və beyinə çatmasının qarşısını alır.

Peyvəndin insanlar üzərində nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti