...

Ən dəqiq snayper

Maraqlı Materials 2 Fevral 2015 15:57 (UTC +04:00)
Böyük Britaniyada Krallığın Hərbi Dəniz Qüvvələrinin (HDQ) həyatda olan ən dəqiq snayperi geniş rezonans doğurub.
Ən dəqiq snayper

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Məftun Salmanov/

Böyük Britaniyada Krallığın Hərbi Dəniz Qüvvələrinin (HDQ) həyatda olan ən dəqiq snayperi geniş rezonans doğurub. Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata görə, snapyerin hesabında rəsmi məlumata görə, Talibanın 173 silahlısı var.

Adı çəkilməyən hərbçi 10 ildir ki, HDQ-nin elit bölməsində xidmət edir. O, Əfqanıstan və İraqda ezamiyyətdə olub. Snayperin evli olduğu bildirilir.

Britaniyalı atıcı 2013-cü ildə öldürülmüş amerikalı həmkarı Kris Kaylı 13 ölümcül atış qabaqlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti