...

Hava limanında heyvanlar üçün xüsusi terminal (FOTO)

Maraqlı Materials 22 İyul 2015 23:00 (UTC +04:00)
Nyu Yorkun Con Kennedi Beynəlxalq Hava Limanında heyvanlar üçün xüsusi terminal istifadəyə vermək planlaşdırılır.
Hava limanında heyvanlar üçün xüsusi terminal (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend/

Nyu Yorkun Con Kennedi Beynəlxalq Hava Limanında heyvanlar üçün xüsusi terminal istifadəyə vermək planlaşdırılır.

Trend xarici mətbuata istinadən xəbər verir ki, 16,500 kv.m ərazini əhatə edən terminalda hava limanı vasitəsilə daşınan bütün heyvanlar üçün zəruri şərait yaradılacaq.

Gələn il tam istifadəyə verilməsi planlaşdırılan terminal il ərzində 70 minə qədər heyvana xidmət göstərə biləcək. Terminalda heyvanlara veterinar xidmət də göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti