...

Marsa uçuş üçün 1 milyard dollarlıq saziş imzalandı

Maraqlı Materials 24 Noyabr 2015 17:00 (UTC +04:00)
Marsa uçuş üçün raket mühərrriklərinin yaradılmasına dair 1 milyard dollar dəyərində saziş imzalanıb.
Marsa uçuş üçün 1 milyard dollarlıq saziş imzalandı

Bakı. Trend:

ABŞ Kosmik Agentliyi (NASA) Mars planetinə "Orion" pilotlu gəmisinin göndərilməsi məqsədilə istifadə ediləcək yeni ağır "SLS" raketdaşıyıcıları üçün mühərriklərin yaradılmasına dair "Aerojet Rocketdine" şirkəti ilə saziş imzalayıb. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən məlumat verir.

Agentliyin məlumatına görə, 2024-cü ilin sentyabrınadək qüvvədə olacaq sazişin məbləği 1,16 milyard dollar təşkil edir.

"SLS" raketdaşıyıcısı "Orion" pilotlu gəmisinin uzaq kosmosa, o cümlədən Ay ətrafında orbitə keçiriləcək asteroidə və son nəticədə Marsa göndərilməsi üçün dörd "RS-25" mühərrikindən istifadə edəcək. Vəsaitlərə qənaət məqsədilə "SLS" ilk dörd startını "Shuttle" kosmik gəmilərində istifadə edilən hazır mühərriklə həyata keçirəcək, lakin növbəti uçuşlar üçün "Aerojet Rocketdine" şirkəti onları modernləşdirəcək və güclərini artıracaq.

"NASA"nın sifarişi ilə yeni ağır raketdaşıyıcının hazırlanması ilə uzun illərdir "Boeing" şirkəti də məşğul olur. Raketdaşıyıcı müxtəlif modifikasiyalarda yaradılacaq və orbitə 70-130 ton ağırlığında yükləri çıxara biləcək. Mütəxəssislərin hesablamalarına görə, raketin bir buraxılışı 500 milyon dollara başa gələcək ki, bu da "Shuttle" gəmilərinin hər bir missiyasının dəyərindən 1,5 dəfə azdır.

TASS yazır ki, yeni raketdaşıyıcı və "Orion" gəmisi birlikdə uzaq kosmosa, o cümlədən Marsa pilotlu uçuşlar üçün çoxfunksiyalı inteqrasiya olunmuş sistem olacaq. İki ay əvvəl "NASA" "Orion" gəmisi ilə Marsa ilk pilotlu sınaq uçuşu 2023-cü ilin aprelində həyata keçirə biləcəyini bəyan edib. Bunadək - təxminın 2018-ci ildə "SLS" raketdaşıyıcısı ilə ilk dəfə gəminin buraxılması nəzərdə tutulur. "Orion" ilk sınaq uçuşunu "Delta IV" raketdaşıyıcısı vasitəsilə 2014-cü ilin dekabrında həyata keçirib.

Xəbər lenti

Xəbər lenti