...

Tehran mənzərələri (FOTO) (II hissə)

Maraqlı Materials 2 Aprel 2016 22:30 (UTC +04:00)
Dünyanın hər bir paytaxtında turistləri cəlb edən yerlər var - şəhər panoramasını açan məkan.
Tehran mənzərələri (FOTO) (II hissə)

Bakı. Elçin Hüseynov - Trend:

Dünyanın hər bir paytaxtında turistləri cəlb edən yerlər var - şəhər panoramasını açan məkan. Tehranda belə məkanlardan ikisini qeyd etmək olar və hər ikisi şimal dağətəyi nöqtələrində yerləşib.

Birincisi, "Milad" qülləsi (Börce-Milad) iranlı mühəndislər tərəfindən inşa edilən və Torontodakı CN, Moskvadakı "Ostankino" və Şanxaydakı "Oriental Prel" qüllələrindən sonra 4-cü ən böyük kommunikasiya qülləsi sayılır. Tikili Tehranın şimal-qərbindəki Nəsr məntəqəsi yüksəkliyində yerləşib və 435 metr hündürlüyü var.

"Milad" həm televiziya qülləsi, həm də turist-əyləncə mərkəzi rolunu oynayır. Binanın günbəzində baxış meydançası, şəhərə mənzərəsi olan restoran, beynəlxalq ticarət mərkəzi və kompüter parkı, 5 ulduzlu hotel, konfrans zalı, qədim sikkələr muzeyi, incəsənət qalereyası yerləşib. 2007-ci ildə inşa edilmış qüllə tez bir zamanda Tehranın müasir simvoluna çevrilib və paytaxtın istənilən nöqtəsindən görünür.

Əyləncə ilə sərin dağ havasına üstünlük verənlər isə Elbrus dağının ətəyində yerləşən paytaxtın Vələncək rayonuna üz tuturlar. Burada "Bame Tehran" (farscadan "Tehran örtüyü") mərkəzi yerləşir. Dağa aparan yol boyu həm yerli əhalini, həm idmançıları, həm də sağlam həyat sürənləri seyr etmək olar.

Giriş pulsuzdur, sadəcə avtomobillərin park etməsi üçün kiçik rüsüm ödəmək lazımdır. Dağ serpantini ilə qalxmağa yaşlı insan və uşaqlar üçün elektromobillər nəzərdə tutulub. Gələnlərin çoxu isə dağ mərkəzinə ayaqla qalxmağa üstünlük verir.

Ekstrim sevənləri burada sürpriz gözləyir - "Amerika təpələri"). Fransa şirkəti tərəfindən inşa edilən əyləncə məkanı yalnız qorxmayan, adrenalin həvəskarları və əsəbləri sakit olan insanlar üçündür. 20 İran tüməninə (10 manat) giriş biletini əldə edən qəhramanlar çantalarını əyləncə işçilərinə təhvil verərək yerlərini alır və ayrı-ayrılıqda hərəkət edirlər. Ancaq təpəyə qalxandan sonra sürüşmə təpəsinin mürəkkəb və ekstremal olduğunu dərk etmək mümkündür. Artıq gecdir və geriyə dönüş qeyri-mümkündür...

Doyunca gəzib şəkillər çəkdirəndən sonra çoxsaylı kafelərin birində əyləşmək olar. Maraqlı məkanlardan biri təpənin düz qırağında yerləşən kafedir - burada çay, qəhvə və İran şirniyyatlarından dadmaq olar. İki nəfərlik kiçik çay dəsgahı 40 tümənə (20 manat) başa gəlir.

Çay içərkən Tehranın ən nüfuzlu şimal rayonunu seyr etmək imkanı da qazanırsınız. Buranın ab-havası paytaxt Tehranın digər yerlərindən xeyli fərqlənir - ən iri şirkət və bankların ofisləri, diplomatik nümayəndəliklər, dövlət qurumları, parlament, varlı insanların imarətləri məhz buradadır. Rayonun özu isə bəzi Avropa şəhərlərini, o cümlədən İstanbulu xatırladır.

Ardı var

(Fotolar Elçin Hüseynova məxsusdur)

Birinci hissə - http://az.trend.az/azerbaijan/interestingly/2512203.html

Məqalədə:
Xəbər lenti

Xəbər lenti