...

Xanımına böyrəyini hədiyyə etdi

Maraqlı Materials 7 Mart 2017 17:42 (UTC +04:00)
İtaliyada "8 Mart-Beynəlxalq Qadınlar Günü" ərəfəsində bir kişi öz xanımına böyrəyini hədiyyə edib.
Xanımına böyrəyini hədiyyə etdi

Bakı. Trend:

İtaliyada "8 Mart-Beynəlxalq Qadınlar Günü" ərəfəsində bir kişi öz xanımına böyrəyini hədiyyə edib.

Trend-in məlumatına görə, 52 yaşlı Turin sakini genetik xəstəlikdən əziyyət çəkən 44 yaşlı qadına donor olub.

Məlumatda qeyd olunur ki, həkimlər iki ay əvvəl qadının böyrəyində sağalmaz xəstəlik aşkar edib. Keçirilən analizlərdən sonra həmin kişinin qadına donor ola biləcəyi məlum olub.

Əməliyyat uğurla həyata keçirilib.

Həkimlər kişinin bu addımını 8 mart bayramı ilə əlaqədar jest adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti