...

Bir həftə ərzində avtonom işləyə bilən smartfon təqdim edildi

Maraqlı Materials 2 Avqust 2018 04:47 (UTC +04:00)
Bir həftə ərzində avtonom işləyə bilən smartfon təqdim edildi
Bir həftə ərzində avtonom işləyə bilən smartfon təqdim edildi

Bakı. Trend:

Smartfonlarda məhsuldarlığın yüksəlməsi onlar tərəfindən sərf edilən enerjinin miqdarının artmasına səbəb olur ki, bu da cihazın avtonom işləmə müddətinə mənfi təsir edir. Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, əksər insanlar bir həftə müddətində avtonom işləyən düyməli telefonları nostalji hissi ilə xatırlayırlar.

Bu yaxınlarda 10 min milliamper/saat tutumlu akkumulyatora malik “Oukitel WP2” cihazı təqdim edilib. Bu aparat “IP68” standartına uyğun olaraq toz və suya qarşı dayanıqlıdır.

“Oukitel WP2” qurğusu uzun müddət avtonom işləyən əvvəlki smartfonun ("P10000 Max") təkmilləşdirilmiş versiyası olacaq.

Smartfon haqda informasiya hələ ki, azdır. Əsas özəlliyi 10 min milliamper/saat tutumlu akkumulyatora malik olmasıdır. İstehsalçı smartfondan orta istifadə aktivliyi zamanı onun bir həftə müddətində avtonom işləməsinə dair zəmanət verir.

Aparatın daha bir özəlliyi yüksək dərəcədə dayanıqlılığıdır. Polistirol ebonitdən hazırlanmış korpus yalnız suya qarşı dayanıqlı deyil, həmçinin konstruksiyanın möhkəmliyini təmin edir, hündürlükdən yerə düşmə zamanı və ya zərbə aldıqda zədələnməsinin qarşısını alır.

Bundan başqa, displey cızıqlara qarşı dayanıqlı möhkəm “Corning Gorilla Glass” şüşəsi ilə qorunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti