...

Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Hadisə Materials 24 Mart 2019 09:46 (UTC +04:00)
Qəbələ rayonunda evdə partlayış baş verib.
Qəbələdə yaşayış evində partlayış: 4 nəfər xəsarət alıb

Bakı. Trend:

Qəbələ rayonunda yaşayış evində partlayış baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, partlayış ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.

Partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib.

Yanğın hadisəsi olmayıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti