...

"Azərbaycan Qran Prisi-2019" poçt blokunda və suvenir vərəqdə (FOTO)

Maraqlı Materials 24 Aprel 2019 13:58 (UTC +04:00)
Formula 1 yarışı ilə əlaqədar "Azərbaycan Qran Prisi-2019” adlı poçt bloku və suvenir vərəq dövriyyəyə buraxılıb.
"Azərbaycan Qran Prisi-2019" poçt blokunda və suvenir vərəqdə (FOTO)

Bakı. Ayşəm Rüstəmova - Trend:

26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar "Azərbaycan Qran Prisi-2019” adlı poçt bloku və suvenir vərəq dövriyyəyə buraxılıb.

Trend-in "Azərpoçt" MMC-yə istinadən məlumat verir ki, poçt bloku 95x100 mm ölçülərində hazırlanıb və bir 40x40 mm ölçülərində olan markadan ibarətdir. Suvenir vərəq 132x180 mm ölçülərindədir. Eyni zamanda, 51x37.5 mm ölçülərində səkkiz markadan ibarətdir.

Bu orijinal poçt markalı vərəq və blok “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanıb. Layihə Fransanın “Cartor Security Printing” çap evində işiq üzü görüb.

Qeyd edək ki, həm poçt blokunun, həm də suvenir vərəqin tirajı 10 min nüsxə təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti