...

Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?

Maraqlı Materials 16 May 2019 11:08 (UTC +04:00)
“Kaspersky Lab” əşyaların internetinin nə qədər zəif olduğunu əyani olaraq göstərdi
Dronun idarəetməsini 10 dəqiqə ərzində ələ keçirmək mümkündür - NECƏ?

Bakı. Trend:

Aprel ayının sonunda Keyptaunda keçirilmiş “Cyber Security Weekend 2019” konfransına dəvət olunmuş 13 yaşlı vunderkind Ruben Pol 10 dəqiqə ərzində dronun idarəetməsini ələ keçirərək, əşyaların internetinin həssaslığını nümayiş etdirib. O, bunu pilotsuz qurğunun proqram təminatında aşkarladığı təhlükəli protokollar vasitəsilə edib.

Bu təcrübənin məqsədi - əşyaların internetini istehsal edən (dronlar, videodayələr, ağıllı məişət texnikası, ağıllı ev sistemləri, şəbəkəyə qoşulan oyuncaqlar və s.) şirkətlərin diqqətini məhsullarını qorumaq üçün ciddi tədbirlər görməyə çağırmaqdır. “Kaspersky Lab”, istifadəçiləri ağıllı cihazları alarkən onların necə qorunduğunu və mümkün riskləri qiymətləndirməklərini məsləhət görür.

“Kaspersy Lab” şirkətinin aparıcı antivirus mütəxəssisi Maher Yamut deyib: "Bir çox internet əşyaları istehsalçıları öz məhsullarını bazara gətirməyə çalışır və səylərini satışların artmasına yönəldir. Yalnız mənfəəti güdərək şirkətlər təhlükəsizlik məsələrinə ya kifayət qədər ciddi yanaşmırlar və ya ümumiyyətlə iqnor edirlər, baxmayaraq ki, hakerlərin ağıllı qurğulara böyük marağı var. Bu cihazların kibermüdafiəsi haqqında düşünmək inkişafın erkən mərhələlərində çox vacibdir, çünki əşyaların internetinə nəzarət, təcavüzkarların cihaz sahiblərinin şəxsi məkanına daxil olmaq, qiymətli məlumatları və əşyaları oğurlamaq, hətta onların sağlamlığı və həyatı üçün təhlükə yarada bilər".

Ruben Pol bildirib: "Dronun proqram təminatında zəifliyini tapmaq və üzərində tam nəzarət əldə etmək üçün mənə 10 dəqiqədən az vaxt lazım oldu. Bunu digər internet cihazları ilə də etmək olar. Əgər mən bunu asanlıqla etdimsə, deməli cinayətkarlar üçün də çətin olmayacaq. Nəticələr isə dəhşətli ola bilər. Görünür ağıllı cihazların istehsalçıları onların təhlükəsizliyinin kifayət qədər qayğısına qalmır. Onlar istifadəçiləri zərərli hücumlardan qorumaq üçün cihazlara təhlükəsizlik həllərini quraşdırmalıdırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti