...

Nazir: "Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyə ən ciddi təhlükə olaraq qalır"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2007 12:23 (UTC +04:00)
Nazir: "Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyə ən ciddi təhlükə olaraq qalır"

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda təhlükəsizliyə ən ciddi təlükə olaraq qalır.

Bu barədə BMT Baş Assambleyasının 62-ci sessiyasında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O bildirib ki, 1992-ci ildən Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə təşkilat çərçivəsində bu münaqişənin həlli üzrə aparılan danışıqlar hələ də müvəffəqiyyətlə nəticələnməyib.

Məmmədyaraov qeyd edib ki, demək olar ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. O xatırladıb ki, münaqişə insanların kütləvi köçməsinə gətirib çıxarıb və hazırda Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün yaşayır.

Xarici siyasət idarəsinin başçısı bildirib ki, Ermənistan hələ də Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirmir, işğal olunmuş torpaqlarda Azərbaycana məxsus hər şeyi məhv edir və orada qanunsuz fəaliyyətlə məşğul olur. "BMT belə fəaliyyətlərə icazə verməməlidir" - deyə nazir vurğulayıb.

O qeyd edib ki, Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin həlli beynəlxalq hüquq prinsiplərinə və Təhlükəsizlik Şurasının ölkənin suverenliyi və ərazi bütövlüyünün bərpa olunmasını nəzərdə tutan dörd qətnaməsinə əsaslanmalıdır.

"Mən bu tribunadan erməni xalqına müraciət edərək bildirmək istəyirəm ki, onların sülhü və regionda stabilliyi pozan siyasəti Ermənistanın perspektivli inkişafı üçün qeyri-səmərəli və mənfi nəticələr doğura bilər. Mən əminəm ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Bu yalnız zaman məsələsidir" - deyə Məmmədyarov əlavə edib.

Azərbaycan təmsilçisi ölkənin mədən sənayesində şəffaflığın və qlobal enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində göstərdiyi səylər barədə məlumat verib.

Azərbaycanda böyük iqtisadi dəyişikliklər, yoxsulluq və işsizlik səviyyəsinin azalması, xalqın rifahının yüksəlməsi barədə məlumat verən nazir bütün bunların yalnız neft və qaz gəlirləri hesabına deyil, həmçinin hökumətin məntiqi kursu və investorların miüdafiə hüquqlarının qorunması sayəsində mümkün olduğunu bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti