...

Avropa Parlamentinin nümayəndəsi Fransanın Minsk qrupundan çıxarılmasını təklif edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Oktyabr 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/Avropa Parlamentinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İsler Bequin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri Fransanın Avropa Birliyi ilə əvəz olunmasını təklif edir. Avropada Azərbaycanlı Tələbələr Forumundan verilən məlumata görə bu barədə Bequin Avropa Parlamenti Xarici Əlaqələr Komitəsində Cənubi Qafqazla bağlı dinləmələr zamanı çıxışında bildirib.

"Avropa Birliyinin Cənubi Qafqazdakı münaqişələrin həllində daha yaxından iştirak etməsinə ehtiyac var. Bu, xüsusən Dağlıq Qarabağ münaqişəsinə aiddir", -deyə Avropa Parlamentinin nümayəndəsi əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1988-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur. Üç ölkə-ABŞ, Fransa və Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan münaqişənin həllinə dair danışıqlar aparırlar. Bu danışıqlar 13 ildir davam edir.

Bequin bildirib ki, özü əslən fransız olsa da, ATƏT-in Minsk qrupunda Fransanın mandatının Avropa Birliyinə verilməsini vacib sayır. Çünki bununla Avropa Birliyi münaqişə ilə siyasi baxımdan ən yuksək səviyyədə məşğul ola bilər və münaqişənin həllinə dair öz konkret təkliflərini verər.

Avropa Parlamentinin nümayəndəsi, həmçinin, diqqəti Turkiyə-Ermənistan sərhədlərinin bağlı olmasına yönəldərək, bu məsəsləni də, problemin daha da dərinləşməsinə səbəb olan amil kimi qiymətləndirib.

Dinləmələrdə məruzə ilə çıxış edən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycanın, Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət daşıyan ölkə olduğunu vurğulayıb. Dağlıq Qarabağ munaqişəsinə dair Avropa Birliyinin fəaliyyətini deputatlara izah edən Semnebi, təmsil etdiyi təşkilatın bu problemdə, əsasən, icmalar arasında munasibətlərin bərpa olmasına yönələn fəaliyyət planı əsasında işlədiyini bildirib.

Dağlıq Qarabağ munaqişəsi üzrə Avropa Parlamentinin xüsusi məruzəcisi Lidya Polfer iki məsələdə narahatlığını ifadə edib: "Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin və eləcə də, digər regional layihələrin Ermənistandan yan kecməsinin, bu ölkəni təcrid və hətta, uzunmüddətli perspektivdə qeyri-sabit edə bilər. Bundan başqa, Azərbaycanın hərbi büdcəsinin artırılması gələcəkdə regionda vəzəyyəti daha da gərginləşdirəcək".

Avropa Parlamenti Cənubi Qafqaz üzrə nümayəndəsinin sədr müavini, slovak deputat Duka-Zolyomi Qafqazda hər bir konfliktin spesifik olduğunu və hər birinə ayrı yanaşma tətbiq etmənin zəruriliyini vurğuladı.

Slovak deputatın fikrincə, Rusiya bir cox hallarda, bölgədə qeyri-sabitlik yaradan qüvvə rolunu oynayır.

Müzakirələr zamanı qeyd olunub ki, Kosovo münaqişəsinin nəticələri başqa münaqişələr üçün president ola bilməz və Rusiyanın bu məsələ ilə bağlı mövqeyi bölgənin qeyri-sabitliyinə səbəb ola bilər.

Almaniya sosialistlərindən Avropa Parlamentinə deputat seçilən Vural OgerErmənistanın 1992-94- cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal etdiyini bildirib və Avropa Birliyinin bu məsələdə birmənalı mövqe tutmasını tələb edib. Oger, həmçinin, vurğulayıb ki, Azərbaycan Avropanın enerji siyasətində cox vacib bir ölkədir və bu, yalnız Azərbaycanın enerji resurslarının mövcudluğu ilə məhdudlaşmır.

Oktyabrın 9-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Ermənistanın xarici işlər naziri Vardan Oskanyan çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti