...

Ermənistan prezidenti: Ermənistandakı seçkilərə qədər Dağlıq Qarabağ münaqişəsini nizamlamaq mümkün deyil

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Oktyabr 2007 05:30 (UTC +04:00)

Ermənistan prezidenti Robert Koçaryan hesab edir ki, Ermənistana 2008-ci ildə keçiriləcək növbəti prezident seçkilərinə qədər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil.

"Danışıqlar prosesinin indiki durumuna mənim münasibətim odur ki, Ermənistandakı prezident seçkilərinə qədər bizim prinsipial razılığa gəlməyimizin mümkünlüyü təsəvvür edilmir" - deyə cümə günü Brüsseldə olan Ermənistan prezidenti Avrokomissiyanın sədri Joze Manuel Barrozu ilə görüşündən sonra jurnalistlərə bildirib.

Öz növbəsində, Barrozu münaqişə tərəflərini nizamlanma prosesində irəliləyiş əldə etməyə çağırdı. "Bu çox vacib və hissiyatlı məsələdə irəliləyişin əldə olunması üçün bütün tərəflərin real təkliflərlə çıxış etməsi lazımdır" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti