...

ATƏT-in Minsk qrupnun həmsədrləri regiona səfər edəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Oktyabr 2007 19:30 (UTC +04:00)
ATƏT-in Minsk qrupnun həmsədrləri regiona səfər edəcəklər

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Azərbaycanın XİN başçısı çərşənbə günü Parisdə ATƏT-in Minsk qrupunun rusiyalı (Yuri Merzlyakov) və fransalı (Bernar Fasye) həmsədrləri ilə ayın sonunda vasitəçilərin regiona səfərini müzakirə edib. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Məmmədyarov YUNESKO-nun Baş Konfransında iştirak etmək üçün Fransaya səfər edib.

ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri danışıqlarda iştirak etməyib. Səbəbləri hələ izah edilmir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti