...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri yenidən atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Oktyabr 2007 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 26-da saat 01.10-dan 01.20-dək və saat 03.00-dan 03.15-dək Füzuli rayonunun Horadiz kəndinin şimal-şərqində yerləşən mövqelərdən, saat 05.30-dan 05.45-dək həmin rayonun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən şənbə günü məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti