...

Azərbaycan XİN: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş yoxdur"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2007 14:53 (UTC +04:00)
Azərbaycan XİN: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş yoxdur"

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi heç cür irəliləmir. "Danışıqlar prosesində heç bir irəliləyiş yoxdur və bu da erməni tərəfinin mövqeyindən asılıdır",-deyə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim bazar ertəsi keçirilən mətbuat konfransında bildirib.Onun sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişəni sülh yolu ilə nizamlamağa imkan vermir. İbrahim bildirib ki, bir müddət öncə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakı və İrəvana səfərləri zamanı yeni təkliflə çıxış etməyiblər. "Məsələ ondadır ki, erməni tərəfi "Minsk təkliflərini" ciddi qəbul etmir",-deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti