...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2007 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 4-də saat 19.35-dən dekabrın 5-i saat 02.30-dək fasilələrlə Ağdam rayonunun Şurabad və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, saat 20.20-dan 22.00-dək Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.40-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 22.50-dən 23.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə çərşənbə günü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

Xəbər lenti

Xəbər lenti