...

Avropa Şurasının AQO qrupu Azərbaycan və Ermənistanın gənc liderlərinin görüşlərini təşkil edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2007 14:38 (UTC +04:00)
Avropa Şurasının AQO qrupu Azərbaycan və Ermənistanın gənc liderlərinin görüşlərini təşkil edir

İsveç, Stokholm / Trend müxbir A.İsmayılova/ AQO qrupu vətəndaş cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb edilməsi layihəsi çərçivəsində Azərbaycan və Ermənistanın gənc liderlərinin görüşlərini təşkil etmək niyyətindədir. Bu barədə Trend ə AQO qrupunun səfiri Per Syorqen Avropa Şurasının Bakı və İrəvanın siyasi biliklər məktəbi iştirakçılarının İsveçdə keçirilən görüşü zamanı bildirib.

Dekabrın 13-16-da İsveçdə Avropa Şurasının Bakı və İrəvan siyasi biliklər məktəblərinin görüşü keçirilir. Avropa Şurası və Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə vətəndaş cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllində oynadığı rol müzakirə olunur.

Səfirin sözlərinə görə, AQO qrupu Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin (QHT, jurnalistlər) görüşünü alqışlayır. "Mən ümid edirəm ki, bu görüş digər görüşlərin keçirilməsinə də yol açacaq" - deyə səfir qeyd edib.

Dünən Strasburqda AQO qrupu üzvlərinin görüşü keçirilib, görüşdə Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin yeni görüşlərinin keçirilməsi müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti